UNESCO-nun baş direktoru: “Sirac Abışov və Məhərrəm İbrahimovun faciəvi ölümü məni sarsıtdı”

UNESCO-nun baş direktoru: “Sirac Abışov və Məhərrəm İbrahimovun faciəvi ölümü məni sarsıtdı”

UNESCO-nun baş direktoru Odri Azule azərbaycanlı media işçiləri Sirac Abışov və Məhərrəm İbrahimovun iyunun 4-də Kəlbəcər rayonunda həlak olması ilə bağlı bəyanat verib.

24Media xəbər verir ki, bəyanat təşkilatın saytında dərc olunub.

“Sirac Abışov və Məhərrəm İbrahimovun faciəvi ölümü məni sarsıtdı. Jurnalistlər şəxsi təhlükəsizliklərinə risk olmadan öz vəzifə borclarını yerinə yetirə bilməlidirlər”, - O.Azule deyib.

Xatırladaq ki, 4 iyun 2021-ci il tarixində saat 11 radələrində xidməti vəzifələrini yerinə yetirmək üçün işğaldan azad edilmiş Kəlbəcər rayonuna ezam olunmuş telekanal və informasiya agentlikləri əməkdaşlarını aparan “Kamaz” markalı sərnişin avtomobilinin Kəlbəcər rayonunun Susuzluq kəndi ərazisində tank əleyhinə minaya düşməsi nəticəsində üç nəfər – AZTV telekanalının operatoru Sirac Abışov, AZƏRTAC İnformasiya Agentliyinin müxbiri Məhərrəm İbrahimov, Kəlbəcər rayon İcra Hakimiyyətinin Susuzluq kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsinin müavini Arif Əliyev həlak olub, daha 4 nəfər isə müxtəlif dərəcəli xəsarətlərlə xəstəxanaya yerləşdirilib.