Ukraynalı futbolçu avtomobil qəzasında vəfat etdi

Ukraynalı futbolçu avtomobil qəzasında vəfat etdi

Ukraynanın "Prikarpatye" klubunun futbolçusu İqor Tsimbalisti dünyasını dəyişib.

24Media "Report"a istinadən xəbər verir ki, 31 yaşlı oyunçu avtomobil qəzasında vəfat edib.

Hadisə səhər saatlarında Burştın şəhərində baş verib. Avtomobil yük maşını ilə toqquşub.

Tsimbalisti "Renault" markalı minik avtomobilində olub və aldığı xəsarətlərdən yerindəcə dünyasını dəyişib.