Ukrayna millisinin daha 3 futbolçusunda koronavirus aşkarlandı

Ukrayna millisinin daha 3 futbolçusunda koronavirus aşkarlandı

Ukrayna yığmasında koronavirusa yoluxan futbolçuların sayı artıb.

24Media federasiyanın rəsmi saytına istinadən xəbər verir ki, Sergey Krivtsov, Ruslan MalinovskiJunior Moraesin test nəticəsi müsbət olub.

Onlar UEFA Millətlər Liqasının qrup mərhələsinin VI turunda İsveçrə ilə bu gün keçiriləcək səfər oyununu buraxacaqlar.

Qeyd edək ki, daha əvvəl millidə 7 oyunçunun infeksiyaya yoluxduğu açıqlanıb. İsveçrə - Ukrayna matçı Bakı vaxtı ilə saat 23:45-də başlayacaq.