UEFA “Qarabağ”- “Molde” matçına yerliləri təyin etdi

UEFA “Qarabağ”- “Molde” matçına yerliləri təyin etdi

UEFA "Qarabağ"ın Çempionlar Liqasının III təsnifat mərhələsində Norveç "Molde"si ilə keçirəcəyi matç üçün növbəti təyinatları açıqlayıb. 

24Media xəbər verir ki, Avropa futbol qurumu qarşılaşmaya hakim-inspektor və UEFA nümayəndəsi kimi kiprliləri təyin edib. 

Hakim-inspektor Mixalis Arquru, UEFA nümayəndəsi isə Adonis Prokopyu olacaq. Larnaka şəhərindəki görüşü serbiyalı Scran Yovanoviçin başçılıq etdiyi hakimlər briqadası idarə edəcək. 

Qeyd edək ki, sentyabrın 16-da "AEK Arena"da keçiriləcək "Qarabağ" - "Molde" oyunu Bakı vaxtı ilə saat 21:00-da başlayacaq. Bu cütün qalibi pley-off mərhələsində "Dinamo" (Zaqreb, Xorvatiya) - "Ferentsvaroş" (Macarıstan) duelinin güclüsü ilə qarşılaşacaq. Pley-off oyunları 22-23 və 29-30 sentyabrda olacaq.