Türkiyəyə səfər edən Azərbaycan vətəndaşlarının sayı artıb

Türkiyəyə səfər edən Azərbaycan vətəndaşlarının sayı artıb

2021-ci ilin martında Azərbaycandan Türkiyəyə 22 365 turist səfər edib ki, bu da 2020-ci ilin martı ilə müqayisədə 46,6 faiz çoxdur.

Bu barədə 24Media-ya Türkiyə Mədəniyyət və Turizm Nazirliyindən bildiriblər.

Hesabat dövründə Türkiyəyə səfər etmiş əcnəbilər arasında Azərbaycan vətəndaşlarının payı 1,86 faiz təşkil edib.

Yanvar-mart aylarında 54 220 Azərbaycan vətəndaşı Türkiyəyə səfər edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 55,63 faiz azdır.