Türkiyənin Müdafiə Nazirliyi Azərbaycanı təbrik etdi

Türkiyənin Müdafiə Nazirliyi Azərbaycanı təbrik etdi

Türkiyənin Milli Müdafiə Nazirliyi 15 sentyabr -  Bakının işğaldan azad edilməsi ilə bağlı paylaşım edib.

24Media xəbər verir ki, nazirliyin rəsmi "Twitter" səhifəsindən yaydığı açıqlamada bildirilir:

“Bu gün Nuri Paşa komandanlığında Qafqaz İslam Ordusunun Bakının düşmən işğalından xilasının 102-ci ildönümüdür. 15 sentyabr 1918-ci ildə Bakının işğaldan qurtuluşunda şəhid və qazi olan əsgərlər ehtiramla yad edirik. Azərbaycanlı qardaşlarımızın bu əlamətdar gününü təbrik edirik”.