Türkiyədə təlimdə olan hərbçilərimiz Azərbaycana qayıtdı

Türkiyədə təlimdə olan hərbçilərimiz Azərbaycana qayıtdı

Türkiyənin Qars şəhərində keçirilmiş “Qış təlimi-2021”ə qatılan Azərbaycan Ordusunun hərbi qulluqçuları təlimləri başa vuraraq vətənə qayıdıb.

24Media xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, “Qış təlimi-2021”də iştirak etmiş azərbaycanlı hərbçilərin yola salınması ilə bağlı mərasim keçirilib.