Türkiyədə son sutkada koronavirusdan 8 803 nəfər sağalıb

Türkiyədə son sutkada koronavirusdan 8 803 nəfər sağalıb

Türkiyədə son 24 saat ərzində yeni növ koronavirusdan (COVİD-19) daha 132 nəfər dünyasını dəyişib.

24Medianın məlumatına görə, bu barədə Türkiyənin səhiyyə naziri Fahrettin Koca bildirib.

Nazir bildirib ki, koronavirusdan ölənlərin ümumi sayı 25 476 nəfərə çatıb.

Onun sözlərinə görə, ölkədə 7 489 yeni yoluxma halı qeydə alınıb, yoluxanların ümumi sayı 2 449 839 nəfərə çatıb.

Nazir bildirib ki, ötən gün koronavirusdan 8 803 nəfər sağalıb, koronavirusdan sağalanların ümumi sayı 2 331 314 nəfər təşkil edir.