Türkiyədə general Polad Həşimov adına parkın açılışı olub

Türkiyədə general Polad Həşimov adına parkın açılışı olub
Türkiyədə general Polad Həşimov adına parkın açılışı olub
Türkiyədə general Polad Həşimov adına parkın açılışı olub

Ermənistan silahlı qüvvələrinin Tovuz rayonu istiqamətindən ölkəmizə xain hücumları nəticəsində şəhid olan Azərbaycan Silahlı Qüvvələrinin generalı Polad Həşimovun əziz xatirəsi Türkiyədə əbədiləşdirilib.

24Media  xəbər verir ki, Osmanqazi rayonunun Dəmirtaş bölgəsində Polad Həşimovun adı verilən yeni park salınıb.

Parkın açılış mərasimi Azərbaycan və Türkiyənin dövlət himnləri səsləndirilməsi ilə başlayıb. Sonra şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub, onların ruhuna dualar oxunub.

Osmanqazi bələdiyyəsinin sədri Mustafa Dündar və Azərbaycanın Türkiyədəki səfirliyinin müşaviri Ruslan Abdullayev mərasimdə çıxış ediblər.

Çıxışlarda əminliklə qeyd olunub ki, Azərbaycanın işğal altındakı torpaqları tezliklə tam şəkildə azad olunacaq, dövlət bayraqlarımız Qarabağın hər bir guşəsinə əzəmət verəcək.

Xatırladaq ki, general Polad Həşimov adına park Bursanın Osmanqazi Bələdiyyə Məclisinin qərarı ilə salınıb.