Türkiyə Super Liqası ilə bağlı son qərar verildi

Türkiyə Super Liqası ilə bağlı son qərar verildi

Türkiyə Futbol Federasiyasının (TFF) İdarə Heyəti Superliqanın taleyi ilə bağlı son qərarını verib. 

24Media "NTV Spor"a istinadən xəbər verir ki, mövsüm daha öncə açıqlanan tarixdə - iyunun 12-də bərpa olunacaq. 

Federasiya kubok oyunlarının vaxtını çempionatın təqviminə əsasən müəyyənləşdirəcək. 

Qeyd edək ki, Türkiyə Super Liqası mart ayında koronavirus pandemiyasına görə dayandırılıb