Türkiyə klublarından birinə transfer qadağası qoyulub

Türkiyə klublarından birinə transfer qadağası qoyulub

Türkiyənin "Giresunspor" futbol klubuna transfer qadağası qoyulub.

"24 Media" klubun rəsmi saytına istinadən xəbər verir ki, Superliqa təmsilçisi sabiq qapıçısı Adriano Fakkiniyə olan 115 min avro məbləğində borcunu ödmədiyi üçün sanksiya ilə üzləşib.

Braziliyalı qolkiper 2019/2020 mövsümündə - Giresun klubu I Liqada çıxış edərkən komandanın formasını geyinib.

Qeyd edək ki, 29 turdan sonra 35 xalla turnir cədvəlinin 16-cı pilləsində qərarlaşıb.