Türkiyə hərbçiləri Dağlıq Qarabağda 1 il ərzində olacaq

Türkiyə hərbçiləri Dağlıq Qarabağda 1 il ərzində olacaq

Türkiyə hərbçiləri Rusiya Federasiyası ilə birlikdə Dağlıq Qarabağda monitorinq mərkəzində bir il ərzində olacaqlar.

24Media-nın məlumatına görə, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyindən bildirilib.

Daha əvvəl Türkiyənin müdafiə naziri Hulusi Akar deyib ki, Türkiyə hərbçiləri yaxın vaxtlarda Azərbaycana yola düşəcəklər. Onun sözlərinə görə, quru qoşunları hazırlığı qurtarıb.