Tramp ABŞ Senatının “erməni soyqırımı” qərarını dəstəkləməyib

Tramp ABŞ Senatının “erməni soyqırımı” qərarını dəstəkləməyib

ABŞ Prezidenti Donald Tramp Senatın qondarma “erməni soyqırımı” haqqında qəbul etdiyi qətnaməni dəstəkləməyib.

24media.az AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə ABŞ Xarici İşlər Nazirliyinin mətbuat katibi Morqan Ortaqus məlumat verib.

Morqan Ortaqusun açıqlamasına görə, ABŞ Senatında qəbul edilən qərar hüquqi deyil.

O əlavə edib ki, “soyqırımı” məsələsində hakimiyyətin mövqeyi dəyişməyib, 24 aprel 2019-cu ildəki ilə eynidir.

Xatırladaq ki, ABŞ Prezidentinin 2019-cu il aprelin 24-də 1915-ci il hadisələri ilə bağlı yazılı açıqlamasında “erməni soyqırımı” ifadəsinə yox, “böyük fəlakət" ifadəsinə yer verilib.