Tramp Əsədi öldürmək əmrini XATIRLADI

Tramp Əsədi öldürmək əmrini XATIRLADI

ABŞ prezidenti Donald Tramp Suriya lideri Bəşər Əsədi öldürmək planının olduğunu xatırlayıb.

24Media xarici KİV-ə istinadən xəbər verir ki, 2018-ci ildə Dəməşq yaxınlığında dinc sakinlərə qarşı kimyəvi silahın istifadə olunması barədə xəbər aldıqdan sonra Tramp Suriya liderinin məhv olunması fikrinə düşüb.

Amma o zamanlar Pentaqon rəhbəri Ceyms Mettisin təkidi ilə o bu plandan imtina edib.

“Ceyms Mettis zəif lider və şişirdilmiş generaldır. O, İŞİD-lə mübarizədə öz vəzifələrini icra etmədi. Onun gedişindən sonra İŞİD-dən xilas olduq”-deyə Tramp jurnalistə açıqlamasında deyib.