Tovuzda iki avtomobil toqquşub

Tovuzda iki avtomobil toqquşub

Tovuz rayonunda iki nəfərin xəsarət alması ilə nəticələnən yol nəqliyyat hadisəsi baş verib. Hadisə rayonun Həzi Aslanov küçəsində baş verib. "Range Rover" markalı avtomobil qarşıdan gələn "VAZ -2106" markalı avtomobillə toqquşub və yoldan çıxaraq yaşayış evinin hasarına dəyərək aşıb.
24Media xəbər verir ki, qəza zamanı “VAZ -2106” markalı avtomobilin sürücüsü 1989-ci il təvəllüdlü Tovuz rayon Əlibəyli kənd sakini İsmayılov Orxan Mehdi oğlu və avtomobildə olan sərnişin 1978-ci il təvəllüdlü Şəmkir şəhər sakini Əliyeva Elnarə Qasım qızı, eləcə də "Range Rover” markalı avtomobilin sürücüsü 2000-ci il təvəllüdlü Tovuz rayon sakini Mehrəliyev Cavid İsgəndər oğlu müxtəlif bədən xəsarətləri alıblar. Əliyeva Elnarə Qasım qızının vəziyyəti ağır olduğundan o, Gəncə şəhərindəki xəstəxanalardan birinə göndərilib. Digər yaralılar Tovuz rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Hazırda vəziyyətləri orta-ağır qiymətləndirilir.
Faktla bağlı araşdırma aparılır.