“Tom və Cerri”​​ haqqında maraqlı faktlar

“Tom və Cerri”​​ haqqında maraqlı faktlar

Bütün dövrlərin əsas cizgi qəhrəmanlarından biri olan "Tom və Cerri"nin bu il 80 yaşı tamam olur. Pişik Tom və siçan Cerrinin rəqabətindən bəhs edən cizgi filmi 1940-cı ildə ekran qarşısına çıxdı və dərhal  da tamaşaçıların sevgisini qazandı. Biz də 24Media olaraq bugün sizə demək olar ki, 7-dən 70-ə hər kəsin sevimlisi olan bu cizgi filmi haqqında maraqlı faktları təqdim etmək istəyirik.
 

Xanna və Barbera peşəkar sənətkar deyildilər. 
 

"Tom və Cerri"nin rejissorları və tamhüquqlu müəllifləri Uilyam Xanna və Cozef Barbera peşəkar bədii təhsilə malik deyildilər. Xanna jurnalistika və maşınqayırma üzrə təhsil alıb, bir müddət mühəndis-konstruktor vəzifəsində çalışıb. Daha sonra isə aktiv inkişafa başlayan animasiya ilə maraqlanmağa başlayıb. 
 

Xanna iki animatordan (Hyu Harman və Rudolf Ayzinq) ibarət qrupda az maaşlı bir işə başladı. Gənci MGM (Metro Goldwyn Mayer) studiyasına gətirən məhz onlar idi. Xanna əvvəlcə köməkçi vəzifəsini icra etdi, sonra Tom və Cerri-ni istehsala buraxan MGM studiyasının direktoru Fred Kuimbi Uilyamı ssenarist vəzifəsinə təyin etdi. 
 

Barbera bank işçisi olmağa hazırlaşırdı, lakin vaxtının çox hissəsini komikslərin satışına həsr edir və rəsm çəkməyi sevirdi. O, studiyalardan birində köməkçi kimi işə düzəlib, sonra ssenari şöbəsinə keçib. 1937-ci ildə isə yeni yaradılmış MGM studiyasında işə başlayıb.
 

Xanna və Barbera yaradıcılıq baxımından bir-birini mükəmməl şəkildə tamamlayırdı. 

 

Birinci seriyada pişik Jasper, siçan isə Jinks kimi tanınırdı.
 

10 fevral 1940-cı ildə Xanna və Barbera tərəfindən buraxılan "Pişik zərbə alır" adlı ilk seriyası üçün sadə, lakin çox uğurlu bir ssenari yazılmışdı. Sahibə pişiyə xəbərdarlıq edir ki, əgər ev əşyalarından daha birini qırarsa, evdən qovulacaq. Siçan qəsdən əlinin altına düşən hər şeyi yerə atır, pişik isə qorxu içində evdə qaçır və qabları, vazaları, stəkanları tutur. 
 

İlk seriya prodüser Fred Kuimbidə xoş təəssürat yaratmadı, serialın davamından söhbət belə gedə bilməzdi. Ancaq seriya tamaşaçılar tərəfindən bəyənildi və "Pişik zərbə alır" adlı ilk seriya Oskar mükafatına namizəd oldu. Buna görə də Kuimbi Xanna və Barbera cizgi filminin davamını çəkməyə icazə verdi. 
 

Rejissorlar studiya işçiləri arasında ən yaxşı adlar uğrunda yarışma keçirdilər və bu yarışmada animator Con Karr qələbə qazandı. "Gecə yarısı şam yeməyi" adlı ikinci seriyadan başlayaraq  pişik və siçan Tom və Cerri adlanır.

 

"Tom və Cerry"nin sürətli tempinə serial üzərində işləməyən bir animator təsir etdi.
 

1940-cı illərin əvvəllərində animator Teks Averi MGM studiyasında işə başladı. Onun işləri öz ritmi ilə fərqlənirdi. Bəzən studiyada hazır olan cizgi filmini ilk dəfə göstərərkən digər rejissorlar və prodüserlər qısa filmi iki-üç dəfə nəzərdən keçirməyi xahiş edirdilər, çünki birinci dəfədən əsas mənasını anlamırdılar.
 

Xanna və Barbera Averi ilə "yarışırdılar". Duetin hər şəklinə onların həmkarı daha sürətli ritmlə cavab verirdi. Bu sağlam rəqabətin nəticəsində uğurlu, maraqlı, sürətli ritmli seriyalar ərsəyə gəlirdi. 


                       

 

"Tom və Cerri" musiqili filmlərdə dəfələrlə görünməyə başladılar.
 

1945-ci ildə siçan Cerri  "Çapa qaldırın" adlı musiqili filmin epizodunda iştirak edib. O, Cin Kelli ilə birlikdə oxuyur və rəqs edir. Animasiya personajı və canlı aktyoru birləşdirmək ideyası 1944-cü ildə Kellinin ağlına gəldi. O, Uolt Disneyə müraciət etdi. Disney tərəfindən təklif maraqlı hesab edildi, lakin müqavilə imzalanmadı. Daha sonra Kelli Xanna və Barberaya müraciət etdi.
 

Sevimli cizgi qəhrəmanlarını məşhur  "La-Manşı fəth etmək" (1953) filmində də görmək olar. Orada Tom və Cerri aktrisa Ester Uilyams ilə suyun altında rəqs edirlər.

 

İstehsal prosesində seriyanın müddəti səkkiz dəqiqədən altı dəqiqəyə endirildi
 

1950-ci illərdə bütün animasiyada studiyaya  təsir edən dəyişikliklər oldu. Film istehsalı xərclərinin artırılması məqsədi ilə rəhbərlik maliyyə bölgüsünü tənzimləməkdə daha sərt oldu. Bu, Xanna və Barberanın cizgi filmində də öz əksini tapdı. Onlar qazanc xatirinə iş həcmini azaltmalı oldular. Cizgi filminin görüntüləri tədricən azaldı. 1940-cı illər üçün normal səkkiz dəqiqədən yeddi dəqiqəyə, 1950-ci illərin ortalarında altı dəqiqəyə qədər azaldı.
 

7-si orjinal olan 114 buraxılışda 5 saxta seriya (keçmiş fraqmentlərdən istifadə edərək yeni seriyaların yaradılması), 3 rimeyk (artıq mövcud olan incəsənət əsərlərinin dəyişdirilməsi və ya onlara öz xarakteristikalarının əlavə edilməsi) də var. 

 

"Tom və Cerry" qısametrajlı filmlərinə 7 Oskar mükafatı verilib.
 

İlk Oskar-ı Xanna və Barbera 1943-cü ildə "Yanki-dudl siçanı" adlı qısametrajlı filminə görə qazanıb. Sonrakı doqquz ildə onlar Disney-i "animasiya kralı" nın kürsüsündən kənarlaşdıraraq daha altı Oskar mükafatı aldılar.

 

Serialın tərkibində olan bir çox epizod senzuradan keçmədiyinə görə montaj edilərək kəsilib.
 

Əsasən, irqi stereotipləri lağa qoyan səhnələr qadağan edildi. Məsələn, 59-cu seriyada Tom aborigenlərin yaşadığı adaya gedir.
 

Nadir hallarda "Kədərli pişiyin köynəyi" (buraxılış 103) adlı seriya  efirə çıxır. Uğursuz məhəbbət yaşamış Tom alkoqoldan istifadə edir və intihar etməyi planlaşdırırdı. Seriya kədərli sonluqla bitir. Cerri eyni səbəbdən Toma qoşulur və onlar relslərin üzərində oturub qatarın onların üstündən keçəcəyini gözləyirlər. 

 

Animasiyanın davamı Çexoslovakiyada çəkilib
 

MGM 1960-cı ildə animasiyaya qayıtmaq qərarına gəldi. Bir neçə il ərzində amerikalı animator Jın Dayç Çexoslovakiyanın animasiya studiyasında "Tom və Cerri"nin 13 yeni buraxılışını hazırladı. Sonradan Çak Cons (34 buraxılış, 1963-1967) onlara qatıldı. Lakin Cons: "Heç kim  personajı onun yaradıcısı kimi idarə edə bilməz",- dedi.