Tom Henks imicini dəyişdi

Tom Henks imicini dəyişdi

Tom Henks "Elvis" filmində canlandıracağı menecer obrazı üçün imicində dəyişiklik edib.

 24Media xəbər verir ki, Henks BBC-də yayımlanan “The Graham Norton Show” verlişinin yeni il üçün xüsusi buraxılışına qonaq olub. Bazz Luhrmanın çəkdiyi film üçün Avstraliyada olduğunu və filmdə Elvis Preslinin menecerini canlandıracağını söyləyib.

Verilişə papaqla qoşulan Henks, “Sizə Kolonel Tom Parkeri canlandırmaq üçün nə hala düşdüyümü göstərim. Buna baxın…Çox qorxulu görünür. Elə deyil?” deyib.

Daha sonra papağını çıxarıb, uşaqları qorxutduğu üçün üzr istəyib. Henks əslində saçının qırxılmasından narazı olmadığını, əksinə rahat olduğunu vurğulayıb.

“Elvis” adlı filmdə Elvis Preslini Austin Butler, Preslinin həyat yoldaşını isə Oliviya Dejonq canlandıracaq. Filmin 2021-ci il oktyabr ayında yayımlanması gözlənilir.