Tokio-2020: Nigeriya yığmasının üzvü xəstəxanaya yerləşdirildi

Tokio-2020: Nigeriya yığmasının üzvü xəstəxanaya yerləşdirildi

Nigeriyanın olimpiya yığmasının üzvü Tokioda xəstəxanaya yerləşdirilib.

24Media "Report"a istinadən xəbər verir ki, buna onun koronavirusa yoluxması səbəb olub. 60 - 65 yaşlarında olan şəxsin testi Narita hava limanında yoxlanış zamanı müsbət çıxıb.

Hazırda onun vəziyyətinin yaxşı olduğu və yaşının çoxluğuna görə müalicəsini xəstəxanada davam etdirdiyi bildirilib.

Daha əvvəl İsrail, Uqanda və Serbiya idmançılarında virus aşkarlanıb.

Qeyd edək ki, Tokio-2020 Yay Olimpiya Oyunları 23 iyul - 8 avqustda keçiriləcək.