Tokio-2020: Bağlanış mərasimində Azərbaycan komandasının bayraqdarı müəyyənləşib

Tokio-2020: Bağlanış mərasimində Azərbaycan komandasının bayraqdarı müəyyənləşib
Lamiyə Vəliyeva

Tokio-2020 Yay Paralimpiya Oyunlarının bağlanış mərasimində Azərbaycan komandasının bayraqdarı müəyyənləşib.

 

24Media xəbər verir ki, bayrağı para-atlet Lamiyə Vəliyeva daşıyacaq.

 

Qeyd edək ki, Lamiyə Vəliyeva 400 metr məsafəyə qaçışda qızıl, 100 metr məsafəyə qaçışda isə gümüş medal əldə edib. Bağlanış mərasimi Bakı vaxtı ilə saat 15:00-da başlayacaq.