"The Weeknd" sosial mediada rekord qırdı

"The Weeknd" səhnə adından istifadə edən kanadalı müğənni Abel Makkonen Tesfaye (30) keçən ay çıxan dördüncü studiya albomu ilə gündəmdədir.

24 Media xəbər verir ki, albom karantin günlərində yüksək satışa sahib olan "Billboard 200" siyahısının başında yer alıb.

"The Weeknd" ardıcıl üç həftə ərzində "Billboard" tarixində ən yüksək pillədə qalmaq üçün ilk R&B albomunun rekordunu qırıb.

"Billboard 200"də ilk beşlik belədir:

1. The Weeknd - After Hours
2. 5 Seconds Of Summer - C A L M
3. Lil Uzi Vert - Eternal Atake
4. Dua Lipa - Future Nostalgia
5. Pearl Jam - Gigaton