Təcavüzkar şəxsi öldürən qadınlar həbs cəzası almayacaq

Təcavüzkar şəxsi öldürən qadınlar həbs cəzası almayacaq

Rusiyada cinsi istismara məruz qalan qadınlar təcavüzkarı yaralamaları və ya öldürmələri nəticəsində həbs cəzası almayacaq.

24media.az xəbər verir ki, qadına şiddət və təcavüzün ən çox rast gəlinən ölkələrindən biri olan Rusiya, bu cür hadisələrin qarşısını almaq üçün yeni bir qanun hazırlayıb.

Rusiya parlamentinin yaratdığı komissiya tərəfindən hazırlanan qanun parlamentdə təsdiqlənərək qəbul edilib. Qanuna görə, təcavüzə məruz qalan qadın təcavüzkarı yaralasa, hətta öldürsə belə heç bir cəza almayacaq.