Suriya Xarici İşlər Nazirliyi Avropa Birliyinin qərarına münasibət bildirib

Suriya Xarici İşlər Nazirliyi Avropa Birliyinin qərarına münasibət bildirib

Suriya Xarici İşlər Nazirliyi Avropa Birliyinin bu ölkəyə qarşı sanksiyaların yenilənməsi ilə bağlı verdiyi qərara şərh verib. 24 Media Əl-Məsirə media şəbəkəsinə istinadən xəbər verir ki, nazirlik sözügedən qərarın Avropa rəsmilərinin ikiüzlülüyünü ortaya qoyduğunu bildirib.

"Bu sanksiyalar ən primitiv insan hüquqlarının, eləcə də beynəlxalq normaların həyasız şəkildə pozulmasıdır və insanlığa qarşı cinayətdir"- deyə nazirlik verdiyi bəyanatda qeyd edib.

Bəyanatda həmçinin, Avropa Birliyinin öz müstəqilliyini itirdiyi və ABŞ-dan asılı vəziyyətdə olduğu vurğulanır.

"Bu qərar Avropa Birliyi ölkələrinin Suriyaya qarşı müharibədə əlbir olduğunun və terrorçu qruplaşmalara dəstək verdiyinin əyani sübutudur. Məzlum Suriya xalqının başına gələnlərdə və ölkədəki mövcud qan gölündə Avropa Birliyinin payı var"-deyə nazirlik diqqətə çatdırıb.