"Sumqayıt" növbəti transferini açıqladı

Azərbaycanı UEFA Avropa Liqasında təmsil edəcək "Sumqayıt" yeni transferini açıqlayıb. 

24Media klubun rəsmi "Facebook" səhifəsinə istinadən xəbər verir ki, komanda Adəm Həmatini heyətinə qatıb. 

25 yaşlı yarımmüdafiəçi ilə imzalanan müqavilənin detalları açıqlanmayıb. 

Qeyd edək ki, "Sumqayıt" Avropa Liqasının I təsnifat mərhələsində Şimali Makedoniyanın "Şkendiya" komandası ilə üz-üzə gələcək. Avqustun 27-də "Kapital Bank Arena"da keçiriləcək matç saat 20:00-da başlanacaq.