Sudanda toqquşmalar nəticəsində 35 nəfər həlak olub

Dəvələrin oğurlanmasına görə başlayan toqquşmalar insan itkisinə səbəb olub

Sudanda toqquşmalar nəticəsində 35 nəfər həlak olub

Sudanın Qərbi Darfur əyalətinin Cebel Moon bölgəsində köçəri qruplar arasında baş verən toqquşmalarda azı 35 nəfər ölüb.

"24 Media" TASS-a istinadən xəbər verir ki, bu barədə Uqandanın "Daily Monitor" qəzeti məlumat yayıb.

Noyabrın 17-də başlayan qarşıdurmalar zamanı 16 kəndin tamamilə yandırıldığı bildirilir.

Toqquşmalar dəvələrin oğurlanması səbəbindən başlayıb.

Əraziyə əlavə qüvvələr göndərilib, vəziyyət hazırda sabitdir.