“Sputnik V” vaksininin ilk partiyası Azərbaycana gətirilir

“Sputnik V” vaksininin ilk partiyası Azərbaycana gətirilir

Azərbaycanın Rusiyadan aldığı “Sputnik V” vaksininin ilk partiyasının ölkəyə gətiriləcəyi vaxt məlum olub.

24Media xəbər verir ki, vaksinlər Azərbaycana sabah gətiriləcək.

Qeyd edək ki, bu ilin martın 11-də Baş nazir Əli Əsədov 300 000 doza “Sputnik V” dərman vasitəsinin Rusiyadan Azərbaycana idxalı ilə bağlı sərəncam imzalayıb. Daha sonra Azərbaycanın Səhiyyə Nazirliyi Rusiyanın istehsalı olan “Sputnik V” peyvəndini istifadə üçün təsdiq edib.