“Şouşenkdən qaçış”ın bilinməyən tərəfləri

“Şouşenkdən qaçış”ın bilinməyən tərəfləri

İllərdir, bir çoxlarının dəfələrlə izlədiyi "Şouşenkdən qaçış" filmi IMDb siyahısında 9.2 ballıq qiymətləndirmə ilə birinciliyini qoruyan filmlərdəndirMaraqla izlənən bu filmin  çoxları tərəfindən bilinməyən tərəfləri çoxdur.

Film rejissor Frank Darabont tərəfindən Stiven  Kinqin “Müxtəlif hekayələr” kitabındakı “Rita Heyvort və Şouşenkdən qaçış” adlı əsərinin əsasında çəkilib. Frank Darabont  1987-ci ildə S. Kinqin 1983-cü ildə yazdığı “Otaqdakı qadın” romanını da qısametrajlı film olaraq təqdim etmişdi. Bundan sonra yazıçı ilə yaxın münasibət qurmuş, illər sonra  “Şouşenkdən qaçış” ilə tamaşaçının qarşısına çıxmışdır. 25 milyon dollar ayrılsa da, 35 milyona başa gələn film 1994-cü il çəkilib. Film ilk zamanlar kinoteatrda 17 milyon qazancla zərərə uğrasa da, sonralar böyük qazanclara səbəb oldu.

Filmin əsas obrazı Endi Duyfrey üçün F. Darabont ilk Tom Henks-i düşünmüşdü. Amma həmin il Forrest Qamp-a çəkildiyi üçün bu təklifi rədd etdi.

Digər namizədlərdən Kevin Kostner “Su dünyası”nda çəkildiyi üçün bu təklif də rədd edildi. Tim Robbinsə kimi F. Darabont Nikolas Keyc, Ceff Brices, Tom Kruz, Conni Depp və Çarli Şin ilə görüşüb mənfi rəylər alıb.

Xarakterlər, ssenari nə qədər tamaşaçını cəlb etsə də, nəhəng Şouşenk həbsxanası da bir o qədər heyran qoyurdu. Film 1896-1906-cı illərdə açıq olan Ohio State Reformatory-də çəkildi. Hətta filmdəki əksər köməkçi aktyorlar məhbuslardan seçilmişdi.

Darabontun etirafına görə, filmdə xarici səs, zaman keçidləri 1990-cı ildə çəkilən “Goodfellas”-dan ilhamlanaraq edilmişdir. Həmçinin, İrlandiyalı olmasına rəğmən zənci  Red-i canlandıran Morqan Frimanın da ilk səsləndirdiyi film idi. Red haqqında yazmışkən, onu da qeyd edək ki, Red-in ilk rədd edildiyi tələbində istifadə edilən şəkil Morqan Frimanın oğlu Alfonso Frimandır. Bu səhnədən əlavə, Alfonso  Endi və yeni məhbusların həbsxanaya daxil olduğu səhnədə də “Gənc balıqlar” deyərək görülür.

Filmdə cəmi 2 qadın dialoqu mövcuddur: Biri, Reddən əlavə paket istəyən qadın, digəri isə Endi-dən başqa bir şeyə ehtiyacı olduğunu soruşan bank müdiri.

Filmlə kitab arasında olan fərqlərdən biri də məşhur opera səhnəsi idi. Tim Robbinsin seçdiyi  Mozartın “Canzonetta sull’aria” parçası kitabda yoxdur.

“Brooks burada idi”(“brooks was here”) yazıb intihar edən Jake-in sahibi Brooks-un həbs səbəbi isə filmdə qeyd edilməsə də, bir qadını və qızı öldürməsi idi. Həmçinin, onun qarğa bəsləməsi həbs filmi olan “Alcatraz quşçusu”na göndərmə olaraq dəyərləndirilir.

Filmə sonradan daxil olsa da, bizlərə danışdığı hekayəsi ilə “ya Endi həqiqətən məsumdursa” sualını düşündürən Tommi üçün Bred Pit düşünülürdü. Amma o rol qısadır deyə, bu təklifi geri çevirir. Sonda isə Qil Bellouz qəbul edir. Tomminin Hardley tərəfindən öldürülməsi kitabda qeyd edilməyib. Bunun yerinə onun başqa həbsxanaya göndərilməsi yazılır.

Və, nəhayət, izləyicini nəfəssiz buraxan o qaçış səhnəsi... İyrənc görüntü vermək üçün tuneldə yüzlərlə litrlik  şokolad şirəsi istifadə edilib. S. Kinq bu səhnəni xüsusilə təqdir etmiş, təkcə tunelin dairəvi olmasını bəyənməmişdir. Endinin tuneldən qaçış səhnəsi gözlənilməz olduğu üçün yox, həm də dərin məna daşıdığı üçün izləyicilərin qəlbini fəth etmişdir. Həmin səhnədə Endi Rita Heyvort, Merilin Monro ve Raquel Welch posterlərini istifadə edərək tuneli gizlətmişdi və divarda “mother" (ana) yazısı ilə sanki azadlığı yenidən dünyaya gəlməklə bərabər tutmuşdu. Möcüzələr yaradan Endi bu hissədə də İsa peyğəmbərlə eyniləşdirilir və İsanın çarmıxa çəkildikdən 40 gün sonra yenidən doğuşunu xatırladır.

Dini qarşılaşdırmalar yalnızca bu səhnə ilə kifayətlənmir. Filmin əvvəlində əsərdə 3-cü və sonuncu  müdir Nortonun “Qurtuluş bunun içindədir” deyərək göstərdiyi İncildə Endinin qurtuluş vasitəsi çəkicin yeri də tamaşaçının gözündən yayınmadı. Çəkicin “Exodus” bölməsində yerləşdirilməsi də təsadüfi deyildi. “Ayrılmaq, qaçmaq, tərk etmək” mənasında olan “Exodus”da Misirdən Hz.Musanın rəhbərliyi ilə İsraillərin qaçışından bəhs edilir.

“Şouşenkdən qaçış” digər filmlər kimi təkcə əsarətdən bəhs etmədi, o tamaşaçıya ümidin gücünü də göstərdi.  Hələ də birinciliyi əldə edə bilməyən ssenaristlərə isə Endinin cümləsini xatırlatmaq gərəkdir:

“Unutma, Red, ümid yaxşı şeydir. Bəlkə də ən yaxşı şeydir və yaxşı düşüncələr ölməz”.