Son sutkada Pakistanda koronavirusdan ölənlərin sayı açıqlanıb

Son sutkada Pakistanda koronavirusdan ölənlərin sayı açıqlanıb

Son sutkada Pakistanda COVID-19-a 2843 adam yoluxub, belə pasiyentlərin sayı 371 min 508 nəfər olub.
24Media Pakistan mətbuatına istinadla xəbər verir ki, son sutkada COVID-19-dan 319 xəstə dünyasını dəyişib, bununla da vəfat edənlərin ümumi sayı 7603 nəfərə çatıb.
Müalicə müəssisələrində 34 min 974 xəstə müalicə alır, onların 1613-nün vəziyyəti ağırdır.
Bildirilir ki, pandemiya dövründə 328 min 931 xəstə sağalaraq evə buraxılıb.