Son sutka ərzində İranda koronavirusdan ölənlərin sayı açıqlanıb

Son sutka ərzində İranda koronavirusdan ölənlərin sayı açıqlanıb

İranda koronavirusa yoluxanların və bu xəstəlikdən ölənlərin sayı artmaqda davam edir.
24Media İranın Səhiyyə Nazirliyinin açıqlamasına istinadla xəbər verir ki, son 24 saat ərzində 2536 nəfər virusa yoluxub, 162 nəfər isə həyatını itirib. Bununla da İranda virusa yoluxanların ümumi sayı 225 min 205 nəfərə, ölənlərin sayı isə 10 min 670-ə çatıb.
Xüsusi xəstəxanalarda müalicə alan 186 min 180 nəfər sağalaraq evə buraxılıb.
Hələlik yoluxma halları sağalanların sayını üstələyir.