Somalidə BMT konvoyuna bombalı hücum olub, ölənlər var

Somalidə BMT konvoyuna bombalı hücum olub, ölənlər var

Somalinin paytaxtı Moqadişoda güclü partlayış baş verib, ölənlər var. 

24media-nın “Reuters”ə istinadən verdiyi xəbərə görə, paytaxtda baş verən partlayışda ən azı 5 nəfər ölüb, 23 nəfər yaralanıb.

Terror aktı ilə bağlı məsuliyyəti “Əl-Şəbab” terror qruplaşması öz üzərinə götürüb. Qruplaşmanın hərbi əməliyyatlarla bağlı sözçüsü Abdiasis Əbu Musab bildirib ki, hücumun hədəfi BMT-nin konvoyu olub.

Hadisə şahidlərinin sözlərinə görə, partlayış o qədər güclü olub ki, yaxınlıqdakı məktəb uçub, avtomobillər yararsız hala düşüb.