Sevil Film Festivalının qalibi Almaniyada təlim proqramında iştirak edəcək

Sevil Film Festivalının qalibi Almaniyada təlim proqramında iştirak edəcək

Sevil Beynəlxalq Qadın Sənədli Film Festivalı (Sevil BQSFF) 2022-ci il proqramı çərçivəsində Almaniyanın "goEast" film festivalı ilə əməkdaşlığa başlayıb.

24Media xəbər verir ki, bu əməkdaşlıq çərçivəsində SevilFestin bu ilki qalib rejissoru "goEast" tərəfindən təşkil edilən "East-West Talent Lab"da iştirak haqqı qazanacaq.

Bu laborotiyada qazanmaqla rejissor filmi haqqında xarici peşəkarların qarşısında təqdimat etmək və daha geniş kütləyə çıxmaq şansı əldə edəcək.

Sevil BQSFF 3 ildir fəaliyyət göstərir. 2020-ci ildə "Kənardakılar", 2021-ci ildə "Mən Bahara Layiqəm" şüarı ilə izləyiciləri ilə qovuşan film festivalının builki mövzusu hələ açıqlanmayıb.

Yerli rejissorlar bu link vasitəsilə müraciət edə bilərlər.