Sergey Lavrov koronavirus səbəbindən özünü təcrid edib

Sergey Lavrov koronavirus səbəbindən özünü təcrid edib

Rusiya xarici işlər naziri Sergey Lavrov koronavirusa yoluxan şəxslə ünsiyyət saxladıqdan sonra özünü təcrid edib.

24Media “RİA Novosti”yə istinadən xəbər verir ki, Nazirlikdən verilən məlumata görə, S.Lavrov özünü yaxşı hiss edir.

Bununla belə onun görüş və səfərləri təxirə salınıb.