Salyanda ikiotaqlı fərdi yaşayış evi yanıb

Salyanda ikiotaqlı fərdi yaşayış evi yanıb

Salyan rayonunda yanğın baş verib.

24Media “Report”a istinadən xəbər verir ki, hadisə ötən gün axşam saatlarında Aslan Hüseynov küçəsində qeydə alınıb.

Belə ki, həmin ünvanda yaşayan, 1945-ci il təvəllüdlü Süleymanova Rəxşəndə Firudun qızına məxsus ikiotaqlı fərdi yaşayış evi anidən alovlanmağa başlayıb. Hadisə yerinə yanğınsöndürən maşınlar və canlı qüvvə cəlb olunub. Yanğın söndürülüb, alovun qonşu tikililərə keçməsinin qarşısı alınıb. Bununla belə, fərdi yaşayış evi içindəki əşyalarla birlikdə yanaraq yararsız hala düşüb. 

Faktla bağlı araşdırma aparılır.