Salyanda ikimərtəbəli ev yanıb

Salyanda ikimərtəbəli ev yanıb

Salyan rayonunda ümumi sahəsi 210 m² olan ikimərtəbəli evin ikinci mərtəbəsinin yanar konstruksiyaları və ev əşyaları 35 m² sahədə yanıb.

24media.az Trend-ə istinadən xəbər verir ki, Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.