Şahbaz Quliyevin bacısı: “Bu sevinci bizə yaşadan Prezidentimizə, ordumuza hədsiz minnətdaram”

Şahbaz Quliyevin bacısı: “Bu sevinci bizə yaşadan Prezidentimizə, ordumuza hədsiz minnətdaram”

“Qardaşımın girovluqdan azad olunması xəbəri məni hədsiz sevindirdi, Prezidentimizə öz təşəkkürümü bildirirəm”.

24Media  APA-ya istinadən bildirir ki, bunu açıqlamasında Şahbaz Quliyevin bacısı İradə Quliyeva deyib.

“Əgər torpaqlarımız alınmasaydı, Şahbazla Dilqəm də girovluqdan xilas ola bilməyəcəkdi. Bu sevinci bizə yaşadan Prezidentimizə, o torpaqları alan ordumuza hədsiz minnətdaram. Şükür Allaha, bizi qovuşdurdu”, - deyə o, bildirib.

İradə Quliyeva xəbəri yeni öyrəndiyini, hələ qardaşı ilə görüşmədiyini deyib.

Qeyd edək ki, bu gün günorta saatlarında 2014-cü ilin iyul ayından erməni girovluğunda saxlanılan Şahbaz Quliyev və Dilqəm Əsgərov təyyarə ilə Bakıya gətirilib. Müvafiq karantin tədbirləri həyata keçirildikdən sonra azad olunmuş şəxslər ailələrinə qovuşacaqlar.