Sabirabadda iki avtomobil toqquşub, ölən var

Sabirabadda iki avtomobil toqquşub, ölən var

Sabirabad rayonunun Poladtuğay kəndi ərazisində yol-nəqliyyat hadisəsi olub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən 24Media-ya verilən məlumata görə, iyunun 28-də saat 11 radələrində Sabirabad rayonunun Poladtuğay kəndi ərazisində kənd sakini Şamxal Əsgərovun idarə etdiyi “VAZ-2107” və Salyan rayon sakini H.Nəcəfovun idarə etdiyi “Ford” markalı avtomobillər toqquşub. Nəticədə Ş.Əsgərov xəstəxanaya aparılarkən yolda ölüb.

Sabirabad RPŞ tərəfindən araşdırma aparılır.