Şəmkirdə baş verən yol-nəqliyyat hadisəsi nəticəsində bir nəfər ölüb

Şəmkirdə baş verən yol-nəqliyyat hadisəsi nəticəsində bir nəfər ölüb

Şəmkirdə ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

24 Media AZƏRTAC-a istinadən xəbər verir ki, Şəmkir rayonunun Zəyəm qəsəbəsi ərazisində Sabirkənd kənd sakini Seyrac Məmmədov idarə etdiyi “VAZ-2107” markalı avtomobili yolun kənarındakı ağaca vurub. Nəticədə sürücü aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Hadisə ilə bağlı araşdırma aparılır.