Səkkiz ayda qızıl istehsalı azalıb

Səkkiz ayda qızıl istehsalı azalıb

Yanvar-avqust aylarında mədənçıxarma sənayesində istehsal olunmuş əsas məhsul növlərindən sayılan qiymətli metal filizlərinin 2364,6 kiloqramı qızılın payına düşüb.
24Media xəbər verir ki, Dövlət Statistika Komitəsindən  bildirilib ki, bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə 1,7 faiz azalıb.
Sentyabrın 1-nə olan vəziyyətə əsasən, 293,2 kiloqram hazır qızıl ehtiyatı var.