Səhiyyə sahəsində daha bir qadağa tətbiq olunacaq

Səhiyyə sahəsində daha bir qadağa tətbiq olunacaq

Azərbaycanda ksenotransplantasiya qadağan edilib.

24Media xəbər verir ki, bu barədə “İnsan orqan və toxumalarının donorluğu və transplantasiyası haqqında” qanun layihəsində qeyd edilib.

Layihəyə əsasən, Azərbaycan Respublikasında ksenotransplantasiya (elmi-tədqiqat işləri istisna olmaqla) qadağandır.

Qeyd edək ki, sənəd Milli Məclisin Səhiyyə komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılıb və plenar iclasa tövsiyə olunub.