Rusiyada koronavirusa yoluxanların sayı 647 mini keçib

Rusiyada koronavirusa yoluxanların sayı 647 mini keçib

Rusiyada koronavirusa yoluxanların sayı artır.

24Media-nın məlumatına görə, ölkədə son sutka ərzində 6 693 nəfər virusa yoluxub, 154 nəfər isə həyatını itirib.

Bu günə qədər Rusiyada 647 849 nəfər infeksiyaya yoluxub, ölənlərin sayı 9 320 nəfərə çatıb.

Ölkə ərazisində ümumilikdə 412 650 nəfər virusdan sağalıb, 225 879 nəfərin müalicəsi isə davam edir.