Rusiyada dörd nəfərdən ibarət ailə qətlə yetirilib

Rusiyada dörd nəfərdən ibarət ailə qətlə yetirilib

Rusiyada dəhşətli qətl hadisəsi baş verib.

24Medianın məlumatına görə, bu barədə “TASS”a hüquq-mühafizə orqanlarındakı mənbə məlumat verib.

Belə ki, Nijeqorod vilayətinin Kudma kəndində bir ailənin üzvləri - kişi, iki qadın və azyaşlı uşaq işgəncə ilə öldürülüb.

Hadisə ilə bağlı cinayət işi açılıb, polis tərəfindən cinayəti törətməkdə şübhəli bilinən şəxsin tapılıb-tutulması istiqamətində istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri aparılır.