Rusiya Suriyadakı terrorçu mövqelərinə aviazərbələr endirib

Rusiya Suriyadakı terrorçu mövqelərinə aviazərbələr endirib

Rusiya Hərbi Hava Qüvvələri Suriyanın Raqqa və Hums əyalətlərində yerləşən və İŞİD terror qruplaşmasına məxsus olan bir sıra obyektləri bombalayıb.

24 Media Əl-Məsdər qəzetinə istinadən xəbər verir ki, Rusiya qırıcılarının terrorçu mövqelərinə zərbə endirməsi, terrorçuların Suriya ordusuna hücumuna cavab olaraq həyata keçirilib. Rus ordusunun hücumundan sonra Suriya ordusu da terrorçulara zərbə endirib.

Qeyd edək ki, İŞİD terror təşkilatı məğlub edilsə də, bu təşkilatın xırda qolları olan bir sıra qruplaşmalar mövcudluğunu saxlayır.