Ronaldo “Yuventus”un korporativində geyimi ilə seçilib

Ronaldo “Yuventus”un korporativində geyimi ilə seçilib

“Yuventus” hər il olduğu kimi Milad qabağı korporativ şənlik keçirib.

24media.az Oxu.az-a istinadən xəbər verir ki, “Royal Park I Roveri”də keçirilən tədbirdə ağ-qara rəngli dress-kod nəzərdə tutub.

Lakin komandanın lideri Kriştianu Ronaldo şənliyə bənövşəyi kostyumda gəlib.

Futbolçular və klub rəhbərliyi bir-birlərini təbrik etmək və qeyri-formal şəraitdə danışmaq imkanı əldə ediblər.