Ronaldinyonun anası koronavirusdan vəfat etdi

Ronaldinyonun anası koronavirusdan vəfat etdi

Dünya futbolunun əfsanəsi Ronaldinyonun anası Migelina Eloi Dos Santos 71 yaşında ikən koronavirus infeksiyasından vəfat edib.

24Media-nın məlumatına görə, bununla bağlı 40 yaşlı keçmiş hücumçu tvitter profilində qara foto qoyub.

Braziliya millisinin sabiq forvardı 2020-ci ilin dekabrında anasının koronavirusa yoluxduğunu bildirib. Həmin vaxt Migelina Eloi intensiv terapiya şöbəsinə yerləşdirilmişdi.

Qeyd edək ki, 2002-ci ilin dünya çempionu futbolçu karyerasını 16 yanvar 2018-ci ildə başa vurub. Onun son klubu "Fluminense" olub. Ronaldinyo 2005-ci ildə "Qızıl top" mükafatını qazanıb. O, Fransa PSJ-si, İspaniya "Barselona"sı, İtaliya "Milan"ı və digər klublarda çıxış edib.