"Riyaziyyat üçün Professional İngilis Dili" adlı yeni dərslik çap edilib

"Riyaziyyat üçün Professional İngilis Dili" adlı yeni dərslik çap edilib.

24Media xəbər verir ki, Bakı Dövlət Universitetinin müəllimləri, CELTA beynəlxalq müəllimlik sertifikatı sahibləri Səbinə İsmayılova və Nigar Seyidova "Riyaziyyat üçün Professional İngilis Dili" (Professional English for Mathematics) adlı kitab hazırlayıblar. Kitab nisbətən yüksək ingilis dili biliklərinə malik olan, riyaziyyat ixtisası üzrə təhsil alan tələbələr və riyaziyyata xüsusi marağı olan insanlar üçün nəzərdə tutulub. Dərslik ingilis dilində olduğuna görə, SAT imtahanına hazırlaşan insanların da istifadəsinə uyğundur. 

Müəlliflərin yaxın gələcəkdə bu seriyadan olan  Akademik yazı, Biologiya, Jurnalistika sahələrinə aid kitablarının çapı gözlənilir.