Respublika Olimpiya Mərkəzi təmirdən sonra istifadəyə verilib

Respublika Olimpiya Mərkəzi təmirdən sonra istifadəyə verilib
Respublika Olimpiya Mərkəzi təmirdən sonra istifadəyə verilib
Respublika Olimpiya Mərkəzi təmirdən sonra istifadəyə verilib
Respublika Olimpiya Mərkəzi təmirdən sonra istifadəyə verilib

Azərbaycan Respublikasının gənclər və idman naziri Azad Rəhimov və Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə əsaslı təmir işlərindən sonra Respublika Olimpiya Mərkəzi (ROM) ilə tanış olublar.
Gənclər və İdman Nazirliyindən 24Media-ya bildiriblər ki, Respublika Olimpiya Mərkəzinin zirzəmi hissəsində, birinci və ikinci mərtəbələrində söküntü işləri aparılıb, söküntü işlərindən sonra zirzəmi, birinci və ikinci mərtəbələrində təmir işləri görülüb.
Respublika Olimpiya Mərkəzinin zirzəmi, birinci və ikinci mərtəbələrində pilləkənlər mərmər piltələrlə üzlənib, metal, metal-plastik və Avropa tipli qapılar, metal-plastik pəncərələr və alüminium vitrajlar quraşdırılıb, döşəmələr hissəsində metlax tavalar, keromoqranit döşəmələr və laminat, idman zalında poliment örtük, rezin örtük, xüsusi idman örtüyü vurulub, uzununa tullanma idman növü üçün kvars qumu qoyulub. Dam örtüyündə metal konstruksiya rənglənib, sinklənmiş metaldan aralıqlar vurulub, sendviç panel örtüyü, su axıdan borular və qıflar quraşdırılıb, eyvan hissəsində isə döşəməyə ruberoid ilə izolyasiya edilib, daxili bəzək işləri görülüb. Mərkəzdə bir ədəd sauna, zal hissəsində isə guşə quraşdırılıb. Mərkəzin fasadının çirklərdən təmizlənməsi, üzlük daşlarının üzlərinin cilalanması, tarket suvaq, sement suvaq, boya, əhəng daşlar ilə sütunlar və qarnizlər vurulub, bəzək elementlərin görülməsi və Respublika Olimpiya Mərkəzi adının yazılması, fasadın işıqlanması işləri görülüb.
Mərkəzin elektrik təchizatı və güc avadanlığı, elektrik işıqlanma, sahə daxili işıqlanma, su təchizatı və kürbənd sistemi, soyuq və yanğına qarşı su sistemi, isti su, kanalizasiya, istilik-ventilyasiya, isitmə, kondisionerləşdirmə, ventilyasiya, videomüşahidə, telekommunikasiya, yanğın siqnalizasiya və səs gücləndirici sistemləri quraşdırılıb, turniket, əlillər üçün qaldırıcı qurğu, əl-üz yuyan, çaşa, su qızdırıcı cihazlar qoyulub.
Mərkəzin asfalt, səki daşları və bardurları sökülərək yenisi ilə əvəz olunub, həyətyanı sahəsində dekorativ kollar və ağaclar əkilib.