Reanimasiyada olan COVID-19 xəstələrinin sayı açıqlandı

Reanimasiyada olan COVID-19 xəstələrinin sayı açıqlandı

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) reanimasiyada və süni tənəffüs aparatında olan koronavirus xəstələrinin sayını açıqlayıb.

24Media xəbər verir ki, hazırda xəstələrin 179-u reanimasiyadadır. 24 xəstə isə süni tənəffüs cihazına qoşulub. 

Ümumilikdə, 1 748 xəstə xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir. 

Qeyd edək ki, son sutkada daha 184 nəfər COVID-19-a yoluxub, 160 nəfər sağalıb, daha 3 nəfər isə vəfat edib.

Bununla da ölkədə ümumilikdə koronavirusa yoluxanların sayı 35 105 nəfərə, sağalanların sayı 32 842 nəfərə vəfat edənlərin sayı isə 515 nəfərə çatıb.