"Real Madrid"dən gözlənilməz qərar

Koronavirus pandemiyası səbəbilə tamaşaçı və yayımlardan gəlir əldə edə bilməyən klublar futbolçuların maaşlarını ödəməkdə çətinlik çəkir. İspaniyanın "Real Madrid" klubu bu vəziyyətdən çıxmaq üçün gözlənilməz qərar qəbul edib.

24 Media Türkiyə mətbuatına istinadən xəbər verir ki, "La Liqa" təmsilçisi oyunçularını satmaq qərarına gəlib. Satılması planlaşdırılan futbolçuların arasında Qaret Beyl, Xames Rodrigez, Lukas Vazkez və Mariano da var.

Qeyd edək ki, "Real Madrid" adı çəkilən futbolçuları satmaqla 121 milyon avro gəlir əldə etməyi düşünür.