Qorxu yalnız sizin düşüncələrinizdədir

Qorxu yalnız sizin düşüncələrinizdədir

Xəyallarınızı düşünün, lakin o “şablon” olanları deyil! Heç kimə demədəyiniz, qəlbinizin ən dərinliklərində artıq “tozlanmış” olanları. Yepyenilərini düşünün. Onları həyata keçirməyə mane olan nədir? Həyat, insanlar və ya ailəmi? Məncə, heç biri deyil!  Heç nə vaxtsa “ailəm razı olmaz”, “ətraf nə deyər?”, ya da “bacara bilmərəm” deyərək xəyallarınızdan əl çəkmisiniz?...

Sizin və xəyallarınızın tək bir “düşməni” var: siz. Bəli, çox təəssüf ki, düşüncənizdəki qorxulardan ötrü xəyallarınızı yerinə yetirmirsiniz. Hər kəsə həyat hədiyyəsi bir dəfə verilir.  Bu hədiyənin isə  nə vaxt qırılacağı bilinmir. Ona görə də istədiklərinizi vaxtında edin. Edin ki, sonradan peşman olmayasız.

Hər hansısa işi etməkdən qorxmayın. “Qorxuya qalib gəlmək istəyirsinizsə, evdə oturub qorxu barədə fikirləşməyin. Evdən çıxıb bir işlə məşğul olun",- deyir Deyl Karneqi. Qorxunuzla üzləşin. Qarşınıza məqsəd qoysanız, qorxularınızı yox etsəniz, siz hər işin öhtəsindən gələcəksiniz. Çünki insan güclü varlıqdır. Bəlkə də ilk dəfədən alınmayacaq, ancaq ümidinizi itirmədən yoxlamağa davam edin.. Əlbəttə, bir gün bacarıb özünüzlə qürur duyacaqsınız.

Günel Məlikzadə