Qazaxıstanda koronavirusdan ölənlərin sayı artdı

Qazaxıstanda koronavirusdan ölənlərin sayı artdı

Qazaxıstanda koronavirusdan ölənlərin sayı 5-ə çatıb.

24 Media “RİA Novosti”yə istinadən xəbər verir ki, bunu ölkənin Operativ Qərargahı açıqlayıb.

Məlumata görə, qeydə alınmış COVID-19 daşıyıcılarının sayı isə 525-ə yüksəlib.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 205 ölkə və bölgədə qeydə alınıb.

Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 1 131 000-i ötüb. Bunların 235 902 nəfəri sağalıb, 60 166 nəfəri isə ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.