Qarabağda yeni radionun açılması üçün sənəd qəbulu başa çatdı

Qarabağda yeni radionun açılması üçün sənəd qəbulu başa çatdı

Milli Televiziya və Radio Şurasının Qarabağda yeni regional radio kanalının açılması üçün 102,7 MHs işçi tezliyinə 10 fevral-12 martadək elan etdiyi müsabiqə üçün sənəd qəbulu başa çatıb.

24Media xəbər verir ki, müsabiqə çərçivəsində 7 iddiaçı Şuraya sənədlərini təqdim edib.

İddiaçılar aşağıdakılardır:

- "Real Təhlil İnformasiya Mərkəzi" MMC;

- "Caspian İnternational Broadcasting Company" MMC;

- "Balans Studiyası" MMC;

- "İNS ÇM" MMC;

- "İsti Press" MMC

- "Azad Azərbaycan" Müstəqil Teleradio kompaniyası

- "ARB 24" MMC

"Televiziya və radio yayımı haqqında" qanunun 19.1-ci maddəsinə əsasən, Milli Televiziya və Radio Şurası müsabiqəyə sənəd qəbulunun başa çatmasından sonrakı 30 gün ərzində iddiaçıların sənədlərini araşdırıb müsabiqənin nəticələri barədə qərar qəbul etməlidir.